Nazir bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARTDI

Nazir bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARTDI


Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

TTVXEBER.COM xəbər verir ki, “unikal.org”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə aparılan xidməti yoxlama nəticəsində bir neçə polis zabitinə də töhmət verilib.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA