Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ


Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.

TTVXEBER.COM xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar Seyidovdur.

Xatırladaq ki, Rasim Mustafayev müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır. O, bir neçə gün öncə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA