Nazirin məxfi məktubu ələ keçdi: “Almaniya Rusiyaya görə...”

Nazirin məxfi məktubu ələ keçdi: “Almaniya Rusiyaya görə...”


“Almaniya hakimiyyətinin Ukrayna böhranı ilə bağlı təmkinli mövqeyinə görə ABŞ Berlinə etibarsız tərəfdaş kimi baxmağa başlayıb”.

TTVXEBER.COM xəbər verir ki, bu, Almaniyanın ABŞ-dakı səfiri Emili Xaberin Xarici İşlər Nazirliyinə göndərdiyi məxfi məktubunda yer alıb.

Məktub “Berlin, problemimiz var” sözləri ilə başlayır. Məktub Almaniyanın Ukrayna ilə bağlı mövqeyinə görə Birləşmiş Ştatlarda necə nüfuzdan düşməsi və etibarsız tərəfdaş kimi qəbul edilməsinin təfərrüatları ilə davam etdirilir. Təkcə ABŞ mediası yox, Konqres də Almaniyanın mövqeyindən narazıdır.

“Spiegel”ə görə, ABŞ administrasiyasının məyusluğunun əsas səbəblərindən biri Berlinin Ukraynaya silah verməkdən imtina etməsidir.

Vaşinqton hesab edir ki, Almaniyanın bu mövqeyi Rusiyadan ucuz təbii qaz almağa davam etmək istəyinə əsaslanır. Nəşr onu da vurğulayırb ki, Xaber öz məktubunda Almaniya Vaşinqtondakı daxili siyasi debatda oyuna çevrilir. Xüsusilə, Berlinə qarşı getdikcə daha çox tənqid respublikaçılardan gəlir.
(telegraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA