Pakistanla sərhəd bölgəsində qarşıdurma - İran ordusu itki verdi

Pakistanla sərhəd bölgəsində qarşıdurma - İran ordusu itki verdi

İranın Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında baş verən qarşıdurmada 3 iranlı hərbçi, 5 silahlı həlak olub.

TTVXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qərargahı məlumat yayıb.

Məlumata görə, dünən Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında qarşıdurma baş verib.

Qarşıdurmalarda 3 iranlı hərbi və 5 silahlının həyatını itirdiyi, 5-nin isə yaralandığı bildirilib.

Əməliyyatda silahlı dəstənin düşərgələri və gizləndiyi yerlərin məhv edildiyi bildirilib.

İranın Pakistan və Əfqanıstan sərhəddində yerləşən Sistan-Bəlucistan əyalətində tez-tez “Ceyşül Ədl” adlı silahlı bəluc qruplaşması ilə SEPAH arasında qarşıdurma baş verir. “Ceyşül Ədl” bölgədə yaşayan sünni bəlucların haqlarını müdafiə etdiyini bildirir.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA