Paşinyan onu Ermənistana YENİ PREZİDENT GƏTİRİR

Paşinyan onu Ermənistana YENİ PREZİDENT GƏTİRİR


Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası öz qərarında dəyişiklik edib.

TTVXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Ölkə prezidentliyinə yüksək texnologiya sənayesi naziri Vaahn Xaçaturyanın namizədliyi irəli sürülüb.



“Sərkisyanın istefasından sonra mətbuatda və sosial şəbəkələrdə prezidentliyə namizəd kimi müxtəlif adlar hallanır. Mülki Müqavilə Partiyasının yüksək texnologiyalar sənayesi naziri, bitərəf Vaaqn Xaçatryanın üzərində dayanıb”, – deyə bildirilib.

Qeyd edək ki, Armen Sərkisyan yanvarın 23-dən prezidentlikdən istefa verdiyini açıqlayıb.

Bir müddət əvvəl isə dövlət başçısı postuna Baş nazirliyin administrasiyasının rəhbəri Araik Arutunyanın namizədliyi təklif olunmuşdu. Onun namizədliyi Ermənistan cəmiyyətində ciddi narazılıq doğurmuşdu.
(YeniÇağ)


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA