Paşinyan Tokayevə ZƏNG ETDİ

Paşinyan Tokayevə ZƏNG ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti ilə telefonla danışıb.

TTVXEBER.COM konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Paşinyan bildirib ki, Qazaxıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin başçıları ilə məsləhətləşmələrə başlayıb.

“Qazaxıstan prezidenti Tokayevlə telefonla danışdım. Qazaxıstan prezidentinin bəyanatını nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi mən dərhal üzv dövlətlərin rəhbərləri ilə məsləhətləşmələrə başlayıram”, – deyə o qeyd edib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA