Paşinyandan tarixi qərar: Türkiyəyə gedir...

Paşinyandan tarixi qərar: Türkiyəyə gedir...


Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəyini açıqlayıb.

TTVXEBER.COM Teleqraf.com xəbər verir ki, Paşinyan Türkiyə ilə normallaşma prosesinə çox ciddi və səmimi yanaşdıqlarını deyərək, danışıqların hazırkı tempdə davam edəcəyi təqdirdə Türkiyənin dəvətini qəbul edəcəyini və Antalyada planlaşdırılan Diplomatiya Forumuna qatılacağını açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında normallaşma prosesini sona çatdırmaq niyyətindədir.

Bu dəfəki danışıqların 2009-cu ildəkindən fərqli zəmində başladığını vurğulayan Ermənistanın baş naziri qeyd edib:

“Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq. Əvvəlki uğursuz cəhdlərdən əldə etdiyimiz təcrübələri nəzərə alaraq, qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”.

Paşinyan Rusiyanın paytaxtı Moskvada iki ölkənin xüsusi nümayəndələri arasında ilk birbaşa görüşdən də bəhs edib:

“Məlum olduğu kimi, tərəflər arasında təyin olunan xüsusi nümayəndələr arasında ilk təmas müsbət atmosferdə olub. Bu müsbət dinamika davam edərsə, Türkiyənin dəvətini qəbul edərək Antalyada keçirilən Diplomatiya Forumuna qatılmağı düşünürəm. Fürsətdən istifadə edərək yüksək səviyyəli rəsmilərlə görüşmək lazımdır”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA