“Pensiyanı ənənəvi qaydada versəydik, məbləğ indikindən iki dəfə...” - Sahil Babayev

“Pensiyanı ənənəvi qaydada versəydik, məbləğ indikindən iki dəfə...” - Sahil Babayev


“Azərbaycan hökuməti son üç il ərzində üç böyük sosial layihəyə beş milyard manatdan artıq vəsait ayırıb”.

TTVXEBER.COM xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ölkədə ildən-ilə orta və yuxarı gəlirli şəxslərin imkanları yaxşılaşır, lakin dövlət ən aşağı gəlirli insanlara dəstək verir:

“Ölkədə son illər sosial ödənişlər 65 faiz artıb. Bu gün 700 mindən çox pensiyaçının əlavəsini vermək üçün xərcləri dövlət üzərinə götürüb. Əgər biz ənənəvi qayda ilə pensiyaların verilməsini davam etdirsəydik, o zaman məbləğ indikindən iki dəfə aşağı olacaqdı”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA