“Putinə deyəcəyəm ki, bu, Rusiya üçün fəlakətli olacaq” - Conson

“Putinə deyəcəyəm ki, bu, Rusiya üçün fəlakətli olacaq” - Conson


İngiltərə Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə Moskva və Kiyev arasında gərginliyin azaldılmasını müzakirə edəcəyini bildirib.

TTVXEBER.COM xəbər verir ki, baş nazir məsələ ilə əlaqədar Putinə demək istədiyi sözlərinin olduğunu söyləyib.

Prezident Putinə deyəcəyəm ki, hamımız müharibə fikrindən uzaqlaşmalıyıq. Düşünürəm ki, Rusiya müharibənin astanasından uzaqlaşmalıdır. Rusiyanın 2014-cü ildə artıq ələ keçirdiyi ərazilərdən kənarda Ukraynaya qarşı istənilən işğalçı addım dünya və hər şeydən əvvəl Rusiya üçün mütləq fəlakətli olacaq”, - Conson vurğulayıb.

Conson Putinlə telefon danışığından əlavə yaxın günlərdə regiona səfər etməyi planlaşdırır. Söhbət Şərqi Avropa ölkələrindən gedir. Amma onun hansı ölkələrə səfər etmək niyyətində olduğu bildirilməyib.
(telegraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA