"Qarabağın müstəqilliyini tanımaq vaxtıdır" - Beqlaryan yenə SƏRSƏMLƏDİ

"Qarabağın müstəqilliyini tanımaq vaxtıdır" - Beqlaryan yenə SƏRSƏMLƏDİ


“Dağlıq Qarabağın müstəqilliyini tanımaq vaxtıdır”.


 TTVXEBER.COM  erməni mediasına istinadla xəbər verir ki, bunu separatçı Artak Beqlaryan çərənləyib. Onun sayıqlamalarını olduğu kimi təqdim edirik:

“Müharibədən sonra “DQR”in beynəlxalq miqyasada təcrid olunması daha çox bu istiqamətdə fəal işləyən Azərbaycanın səyləri sayəsində güclənib, Məsələn, indiyədək ATƏT-in Minsk qrupunun həmsədrləri, UNESCO-nun nümayəndə heyətləri, Qaçqınlar üzrə Komissar Dağlıq Qarabağa səfər etməyiblər”.

Beqlaryanın fikrincə, beynəlxalq strukturlar qorxmamalı, daha cəsarətlə işləməlidir, Azərbaycandan çəkinməməlidirlər.

“Əliyevin Minsk Qrupu ilə bağlı son bəyanatından sonra həmsədrlərin nəinki “DQR”ə səfəri, həm də onun müstəqilliyini tanıması və ya ən azından öz müqəddəratını təyinetmə hüququnun reallaşmasının vaxtı çatıb. “Bu, müharibədən sonra mütləqdir, çünki öz müqəddəratını təyinetmə hüququ istisna olmaqla, bütün əsas məsələlər ya həll olunur, ya da pozulur”, – separatçı tör-töküntüsü sərsəmləyib.

Burada gözəl bir el məsəli yada düşür: “İt ağac kölgəsində yatır, elə bilir öz kölgəsidir”. (konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA