Qardaş Türkiyədə ağır qəza: ÇOX SAYDA POLİS... - FOTO

Qardaş Türkiyədə ağır qəza: ÇOX SAYDA POLİS... - FOTO


Türkiyədə 10 polis əməkdaşı avtomobil qəzası nəticəsində xəsarət alıb.

TTVXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

“İstanbulda xidməti vəzifəsini yerinə yetirən polislərimizi daşıyan avtomobilin aşması nəticəsində yaralanan 10 qəhrəman polisimizə keçmiş olsun diləyirəm. Rəbbim tezliklə polislərimizə şəfa versin” - nazir Tvitter hesabında yazıb.

Qeyd edək ki, qəza yerli saatla 08:00 radələrində Çatalca-Arnavutköy yolunun Örcünlü məhəlləsində baş verib. Polisləri İstanbul hava limanına aparan mikroavtobus buz və qatı duman səbəbindən aşıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda polis, jandarma, xilasetmə qrupları göndərilib.

Yaralı polislərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.




SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA