Ərdoğan: "Putini ölkəmizə dəvət etmişik, onunla..."

Ərdoğan: "Putini ölkəmizə dəvət etmişik, onunla..."


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət etdiyini açıqlayıb.

TTVXEBER.COM xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə NTV telekanalının efirində danışıb.

“Biz cənab Putini ölkəmizə dəvət etmişik. Biz ikitərəfli görüşümüzü təşkil etmək üçün bəzi addımlar atmaq istəyirik”, - deyə o bildirib.

Türkiyə Prezidenti Rusiya Prezidenti ilə ikitərəfli münasibətləri müzakirə etmək istədiyini qeyd edib.

O, hər iki tərəfin istəyəcəyi təqdirdə sülh atmosferini bərpa etməyə davam etmək üçün Ankaranın Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskini qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Yanvarın 24-də Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Putinlə Ərdoğanın görüşünün mümkünlüyü barədə Kremldə konkret məlumat yoxdur.
(telegraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA