Ərdoğandan Sezen Aksuya sərt reaksiya - VİDEO

Ərdoğandan Sezen Aksuya sərt reaksiya - VİDEO


Müğənni Sezen Aksuya “Şahane bir şey yaşamaq” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə daha bir sərt reaksiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.

TTVXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Çamlıca məscidində qılınan cümə namazından sonra çıxış edən Ərdoğan bunları deyib:

"Təhqirlərin mini bir qəpik. Bütün bunların qarşısında dimdik siz dayanacaqsınız. O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur. Həzrəti Adəmə, Həvvaya kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur”.

Qeyd edək ki, Zonquldaqda yaşayan ölkə vətəndaşlarından biri mahnıdakı sözlərə görə Sezen Aksunu məhkəməyə verib.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA