Ərdoğanın türk dövlətlərinin liderləri ilə... – Ankaradan Moskvaya MESAJ

Ərdoğanın türk dövlətlərinin liderləri ilə... – Ankaradan Moskvaya MESAJ

“Ərdoğan türk dövlətlərinin liderləri ilə – Əliyev, Japarov, Mirziyoyev və Tokayevlə danışıb. Gec addım kimi görünsə də, Qazaxıstan ssenarisinin bütün coğrafiyada təkrarlanmaması və ən azından Moskvaya Türkiyənin bu respublikaların yanında olduğu mesajının verilməsi baxımından önəmlidir”.

TTVXEBER.COM xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, Qazaxıstanda baş verənlər rəsmi Nursultanın, eləcə də Mərkəzi Asiyada digər ölkələrin Türk Dövlətləri Təşkilatında inteqrasiyasını çətinləşdirəcək:
 
“Ankara bu mənfi perspektivi önləmək, prosesdən daha az ziyanla çıxmaq istəyir. İstisna deyil ki, Qazaxıstanda hadisələrin səngiməsindən sonra Ərdoğan Putinlə də bu məsələləri müzakirə etsin. Bununla türk dövlətlərinə Rusiya qarşısında tək olmadıqları mesajını verməyə çalışacaq.

Post-Nazarbayev dövrü çətin olsa da, Qazaxıstanın uzaqlaşması perspktivinə qarşı addımlar atılmalıdır” – deyə şərhçi fikirlərini tamamlayıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA