"6 aydan sonra Ermənistan hökuməti üzərində Azərbaycan bayrağı dalğalanacaq"

"6 aydan sonra Ermənistan hökuməti üzərində Azərbaycan bayrağı dalğalanacaq"


“Real təhlükə var ki, 6 aydan sonra Ermənistan hökuməti üzərində Azərbaycan bayrağı dalğalanacaq”.


 TTVXEBER.COM  erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri, siyasi eksperti Edqar Qazaryan mətbuat konfransında deyib.

“Nikol Paşinyan açıq şəkildə bəyan edir ki, sülh erası yaratmaq lazımdır, düşmənlə dostluq etməyə başlamaq lazımdır və bu dostluq yolu əzablı olacaq, biz səbirli olmalıyıq. İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışında bizi hiyləgər düşmən adlandırdı. Onda biz hansı dostluqdan danışırıq? Üstəlik, artıq İrəvanda başlaya biləcək müharibə riski var.

Real təhlükə var ki, 6 aydan sonra Azərbaycan bayrağı Ermənistan hökuməti üzərində dalğalana bilər, çünki liderimizin dövlətin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur və ölkəmizin təhlükəsizliyini təmin edə bilməz”, – deyə Qazaryan bildirib. (konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA