Rüfət Nasosnu ilə görüntülənən o qız kimdir? - Tanınmış meyxanaçı danışdı - VİDEO

Rüfət Nasosnu ilə görüntülənən o qız kimdir? - Tanınmış meyxanaçı danışdı - VİDEO


Şəhərin dəbdəbəli restoranlarından birində keçirilən məclisdə tanınmış meyxanaçı Rüfət Nasosnunun yanında görünən gənc xanımın kimliyi insanlarda maraq doğurub.

TTVXEBER.COM konkret.az-a istinadən xəbər verir ki, bir çox insanlar bu xanımın meyxanaçının fanatı olduğunu desələr də, bəziləri sevgi münasibətlərini istisna etməyiblər.

Saytımıza açıqlamasında Rüfət Nasosnu yayılan söz-söhbətlərə aydınlıq gətirib. O bildirib ki, görüntüləri yayılan xanımın adı Kübradır və onun fanatıdır: “Görüntülər Kübranın anası Lalə xanımın ad günündə çəkilib. Həmin məclisdə mən də qonaq kimi iştirak etmişəm” – deyə meyxanaçı bildirib.

Qeyd edək ki, Rüfət Nasosnunun son zamanlar ifa etdiyi “Bağışla” adlı mahnısı 5 milyondan çox dinlənilib və trendə düşüb. Məhz bu mahnı meyxanaçıya böyük populyarlıq gətirib.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA