“Rusiya bütün dünyanı aclığa düçar edəcək” – Britaniya nəşrindən ŞOK PROQNOZ

“Rusiya bütün dünyanı aclığa düçar edəcək” – Britaniya nəşrindən ŞOK PROQNOZ


Qərbdə yaz əkin mövsümü ərəfəsində indiyə qədər diqqətdən yayınan “fil”i müşahidə ediblər. Söhbət məhsulun çatışmazlığı və ya yüksək qiyməti ilə nəticələnəcək gələcək problemlərdən gedir. Maraqlı məqam odur ki, bu problem eyni anda “The Wall Street Journal” və “The Times” kimi nüfuzlu nəşrlərdə də gündəmə gətirilib.

TTVXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, eyni zamanda ingilislər yalnız problemin ciddiliyini göstərməklə məhdudlaşan amerikalılardan daha da irəli gediblər. “The Times” isə bütün dünyada aclıq olacağını proqnozlaşdırıb. Eyni zamanda bu aclığın günahkarının Rusiya olacağına işarə edib. Nəşrin yazdığına görə, kənd təsərrüfatında istifadə edilən gübrələrin qiyməti qazın bahalaşması ilə əlaqədardır. Xüsusilə, 2021-ci ildə Rusiya qaz hasilatını əvvəlki illə müqayisədə on faiz artırıb. İxrac tədarükü də təxminən iki faiz artıb. Onlar qazın qiymətini daha da yüksəldə bilərdilər. Lakin Rusiyadan qaz alan Avropa Birliyi son illər bahalaşmanın qarşısını almaq üçün hər şeyi edib.

Lakin Rusiya bu fikirləri absurd sayır. Hələ 2009-cu ildə qaz hasil edən şirkətlərə və ilk növbədə “Qazprom”a qarşı yönəlmiş üçüncü enerji paketini qəbul edən məhz Avropa İttifaqı idi. O, Rusiya korporasiyasının mənfəətinin Avropa qazpaylayıcı şirkətlərinin və treyderlərinin xeyrinə yenidən bölüşdürülməsini öz üzərinə götürmüşdü. Əvvəlcə yeni sxem onun təşəbbüskarları tərəfindən nəzərdə tutulduğu kimi işlədi – yəni Avropada qazın qiyməti bir qədər aşağı düşdü. Elə “Qazprom”un mənfəəti də azaldı. Keçən il isə Qazprom hətta özü zərərlə qaz satmaq məcburiyyətində qaldı. Ancaq 2021-ci ildə proseslər tam əksinə çevrildi. 2020-ci ilin ciddi pandemiya məhdudiyyətlərindən sonra qlobal iqtisadiyyatın bərpası baş verdi. Qərbin tətbiq etdiyi yaşıl gündəm fonunda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsinə investisiyaların kəskin azalması müşahidə olundu. İlin birinci yarısında qaz qıtlığı birjalarda qiymətlərin artmasına səbəb oldu. “Qazprom”un müştəriləri müqavilə qazını daha yüksək qiymətlərlə almağa başladılar. Bütün bunların fonunda Avropanın özü yeni “Şimal axını 2”nin operatorunun sertifikatlaşdırılmasını bir ilə yaxındır ki, gecikdirir. Amma 2019-cu ilin dekabrında Ukraynanın “Naftoqaz” şirkətindən ayrılan və köhnə boru ilə işləyən “Ukraynanın qaz nəqli sisteminin operatoru” bir neçə gün ərzində avropalılar tərəfindən sertifikatlaşdırılıb. Bir sözlə, qazın bahalaşması sırf Qərbin günahıdır. Amerika və Avropada gübrə çatışmazlığı və yüksək qiymətlər yalnız bu gün müşahidə olunur.

Dünyanın əksər ölkələrində gübrə ehtiyatları xeyli azalıb. Bir sıra dövlətlər gübrə ixracını, xüsusən də Çin-fosfat gübrələrinin ixracını məhdudlaşdırıb və ya qadağan edib. 2021-ci il dekabrın 1-dən Rusiya altı ay müddətinə gübrə ixracına kvota tətbiq edib. Bu vəziyyətdə, Çin gübrələrinə çıxışı böyük ölçüdə itirən Şimali Koreya hakimiyyəti kəndlilərini mənşəyinə görə gübrədən çox da fərqlənməyən insan nəcisini toplamağa məcbur edib. Bu isə gülməli deyil. Çünki ölkə 1990-cı illərin dəhşətli aclığını hələ də xatırlayır. Bəs Qərb nə edir? O, Belarus gübrələrinə qarşı sanksiya tətbiq edir, bununla da özünə ciddi problem yaradır və maraqlısı odur ki, baş verənlərdə Rusiyanı günahlandırır.

Nəticədə 2020-ci illə müqayisədə 2021-ci ilin sonunda dünya bazarında gübrənin qiyməti növündən asılı olaraq 2-3 dəfə və daha çox bahalaşıb. Bütün bunların fonunda isə Rusiya sabitlik adasına bənzəyir. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda bu ölkədə gübrələrin qiyməti hətta ucuzlaşır. Dünya qiymətləri ilə müqayisədə qiymət kifayət qədər ucuzdur və nazirlik bu tendensiyanın dəyişəcəyini gözləmir.

Dünya bazarındakı vəziyyətə gəlincə isə, əminliklə deyə bilərik ki, gübrə çatışmazlığı və qiymətlərin baha olması səbəbindən bu il onların istifadəsi azalacaq. İstər maya dəyərinin artması (gübrələrin, yanacağın, bitki mühafizə vasitələrinin və s. bahalaşması ilə əlaqədar), istərsə də gübrə çatışmazlığı səbəbindən kənd təsərrüfatında məhsuldarlıqaşağı düşəcək, qiymətlərin yüksəlməsi isə qaçılmaz olacaq. ABŞ və Avropa nəşrlərinin çılğın işindən tutmuş, yaşıl gündəm adı altında tətbiq edilən qeyri-adekvat həll yollarına və ağılsız sanksiya siyasətinə qədər hər şey bahalaşmanı şərtləndirir.
(konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA