RUSİYA - NATO görüşündə müzakirə ediləcək MÖVZULAR AÇIQLANIB

RUSİYA - NATO görüşündə müzakirə ediləcək MÖVZULAR AÇIQLANIB

Rusiya-NATO görüşündə müzakirə ediləcək mövzular açıqlanıb.

TTVXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb.

Müzakirə ediləcək mövzulara Avropada hərbi təhlükəsizlik məsələləri, həmçinin risklərin azaldılması və hərbi şəffaflıq ilə bağlı tədbirlər daxildir.

Ukraynada və ətrafındakı vəziyyət xüsusi olaraq müzakirəyə çıxarılacaq.

Yanvarın 1-də ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında Rusiya ilə gözlənilən təmasları müzakirə edib. Məlumata görə, NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir.

Qeyd edək ki, yanvarın 12-də Cenevrədə Rusiya-NATO Şurasının iclası baş tutacaq.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA