Rusiya Qazaxıstanı işğal etməkdə ittiham olunur - VİDEO

Rusiya Qazaxıstanı işğal etməkdə ittiham olunur - VİDEO

Qazaxıstanda bir qrup etirazçı “Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstə yaratdıqlarını elan ediblər.

TTVXEBER.COM xəbər verir ki, bu barədə onlar video-müraciət yayıblar. Qruplaşma özlərini hakimiyyətin zülmünə və yalanlarına qarşı çıxan üsyankar döyüşçü adlandırıblar.

Onlar qruplar şəklində toplaşıb düşmənlərə qarşı hücuma keçməyə çağırış ediblər, Ukrayna və Belarusdakı dövlət çevrilişinə cəhdləri xatırladıblar. Həmçinin, Rusiyanı Qazaxıstanın işğalçısı kimi qeyd ediblər.

Bəzi məlumatlara görə, sözügedən videonun saxta olması mümkündür. Görüntünün mənşəyi və danışanların kimliyi hələlik məlum deyil.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA