Rusiya yaxınlığında müharibə məşqləri başladı – Üç ölkədən “əzələ nümayişi”

Rusiya yaxınlığında müharibə məşqləri başladı – Üç ölkədən “əzələ nümayişi”


Estoniyada NATO-nun bu ölkədə yerləşdirilmiş hərbi qüvvələrinin qış təlimləri başlayıb.

TTVXEBER.COM xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-nun döyüş qüvvələrinin manevrləri yanvarın 29-dan fevralın 6-dək Tapa şəhəri yaxınlığındakı Mərkəzi poliqonda keçiriləcək. Təlimlərdə Estoniya, Fransa və İngiltərənin 1.4 minə yaxın hərbçisi iştirak edəcək.

İngiltərə Silahlı Qüvvələrinin Yorkşir və Paraşüt alaylarının hərbçilərinin məşqslərə qatılması da diqqət çəkir.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden yaxın vaxtlarda Şərqi Avropaya əlavə AmerikaNATO hərbi qüvvələrinin göndəriləcəyini açıqlayıb.

Rusiya ABŞ və NATO-nun qərarına etiraz edib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA