Rusiyaya qara qar yağdı - FOTO

Rusiyaya qara qar yağdı - FOTO


Rusiyanın Sibir vilayətinin Omsukçan kəndinə qara qar yağıb.

TTVXEBER.COM xəbər verir ki, kənd sakinləri səhər qarşılaşdıqları mənzərə qarşısında xeyli təəccübləniblər.

Məlum olub ki, qarın qara rəngdə olmasına səbəb kəndin istiliyini təmin etmək üçün yandırılan kömürdür. Bu ay havanın temperaturu mənfi 50 dərəcədən aşağı düşdüyü üçün Maqadan rayonundakı istilik stansiyaları əlavə kömür yandıraraq Omsukçana və digər yaşayış məntəqələrinə qara qarın yağmasına səbəb olub.

Yerli sakinlər 30 ildir Sovet İttifaqının dağılmasından bəri bu çirklənmə ilə yaşadıqlarını deyirlər.
Kənd sakinləri uşaqlarının kül və qara qarla örtülmüş küçələrdə oynamasından və bunun nəticəsində yaranan çirklənmədən şikayətlənirlər.

“Bura qara qarla örtülmüş yer, Omsukçan kəndindəki oyun meydançasıdır. Uşaqlarımız qaranlıq qarda çöldə oynayır. Biz burada 21-ci əsrdə belə yaşayırıq”, – yerli sakin tərəfindən yayılan videoda deyilir.





SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA