Rusiyaya sərt xəbərdarlıq: "Mümkün olan ən pis ssenariyə hazırlıq gedir"

Rusiyaya sərt xəbərdarlıq: "Mümkün olan ən pis ssenariyə hazırlıq gedir"


“Qərb ölkələri Rusiyanın Ukraynaya mümkün müdaxiləsinə cavab variantlarının heç birini, o cümlədən Rusiya Federasiyasını beynəlxalq banklararası məlumat ötürmə sistemindən ayırmağı, SWIFT ödənişləri və “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaları istisna etmir”.

TTVXEBER.COM xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Avropa Komissiyasının rəsmisi Rusiyaya xəbərdarlıq edib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, gündəmdən heç nə çıxarılmayıb”.

O xatırladıb ki, Avropa İttifaqı Rusiyada ən mühüm ticarət tərəfdaş və ən böyük xarici investordur və Rusiyanın xarici ticarətinin təxminən 40 faizini təşkil edir: “Bu rəqəmlər göstərir ki, bizim güclü təzyiq alətimiz var və Ukraynaya qarşı təcavüzün güclənəcəyi təqdirdə bu, Rusiya üçün çox ağrılı olacaq”.

Bundan əlavə, Ursula fon der Leyen münaqişənin diplomatik yolla həlli cəhdləri ilə yanaşı, mümkün olan ən pis ssenariyə hazırlıqların getdiyini vurğulayıb.
(telegraf)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA