”Ruslar araq içməklə, bizimkilər də...” - Rəşid Mahmudov

”Ruslar araq içməklə, bizimkilər də...” - Rəşid Mahmudov

Qiymətlər təkcə bizdə yox, bütün dünyada qalxıb. Məqsəd də dünyanı sıfırlaşdırmaq, insanları banklardan asılı vəziyyətə salmaqdır. Adam acından öləndə məcburdur ki, gedib bankdan kredit götürsün. Özünüz də gördünüz ki, Türkiyədə vəziyyət hansı yerə gəlib çıxmışdı. Amma Türkiyə bunun qarşısını ala biləcək. Bir çox ölkələr isə qiymət artımına görə çökə bilər”.

TTVXEBER.COM xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov unun qiymətinin qalxmasından sonra yenə də bahalaşma olacağını bildirib:

“Bunların məqsədi insanların əlindəki pulları tamamilə almaq və onları yenidən banklardan asılı vəziyyətə salmaqdır. Axı banklar da çökür. Heç kəs torpağı əkmir, amma ortada pul rol oynayır. Çinlilər qoçaq millətdir, bəzən onlara ilan, qurbağa əti yediklərinə görə lağ edirlər. Amma onlar çox işguzar millətdir.

Ona görə də dünya taxıl ehtiyatının 60 faizini ələ keçiriblər. Ruslar araq içməklə, bizimkilər də tənbəlliklə məşğuldur. Bizim camaata torpaq sahələrini verdilər, amma əkən yoxdur. İnsanlar otunu biçib, satırlar. Ya da veriblər icarəyə başqaları əkib-becərir”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA