Əsgər 5 hərbçi yoldaşını öldürdü, 5-ni YARALADI

Əsgər 5 hərbçi yoldaşını öldürdü, 5-ni YARALADI


Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb.

TTVXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yanvarın 27-də səhər 5 radələrində karaul otağında baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.

A.Ryabçuk orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçu kimi xidmət edirmiş. Atəş açan zaman onun 7 minə yaxın gülləsi olub.

Hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub.

A.Ryabçuk olaydan sonra qaçıb. Onun tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.

Hadisənin başvermə səbəbləri məlum deyil.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA