Səlcuq Bayraktarın uğurlarını həzm edə bilmədilər - SKANDAL SÖZLƏR

Səlcuq Bayraktarın uğurlarını həzm edə bilmədilər - SKANDAL SÖZLƏR


Texnoloji sahədə Türkiyəyə böyük uğurlar qazandıran “Baykar” son 35 ildə ölkənin müdafiə və aerokosmik sahədə sürətlə inkişafının öncülü olub. “Baykar”ın istehsal etdiyi pilotsuz uçan aparatlar (PUA) dünyanın silah sənayesində balansı bir anda dəyişdi.


 TTVXEBER.COM
  xəbər verir ki, Türkiyənin gücünü artıran “Baykar”ın istehsal etdiyi “Bayraktar TB2” və “Akıncı” PUA-ları bütün dünyada müzakirə mövzusu olduğu vaxtda bir çox ölkə türk dronlarına sahib olmaq üçün növbəyə durub.

Bu uğur hekayəsində ABŞ-ın Massaçusets Texnologiya Universitetində təhsil alan “Baykar”ın texnologiya lideri Səlcuq Bayraktarın mühüm yeri var.

“Baykar” və Səlcuq Bayraktarın uğurları dünyada böyük əks-səda doğursa da, öz sahəsində dünyanın ən yaxşı universitetlərindən biri olan Massaçusets Texnologiya Universitetinin fizika (MIT) professoru, İsveç əsilli Maks Teqmarkdan skandal açıqlama gəlib.

Teqmark Almaniyada gündəlik nəşr olunan “Handelsblatt” qəzetinə verdiyi müsahibəsində Bayraktarın uğurlarına kölgə salan sözlər deyib: “Səlcuq Bayraktara burada təhsil verdiyimiz üçün utanıram”.

Səlcuq Bayraktar magistratura təhsilini başa vurduqdan sonra təhsil müddətində əldə etdiyi yüksək nailiyyətlərə görə MIT-dən təqaüdlə magistr-doktorantura təklifi alıb. MIT-də təhsil aldığı müddətdə Bayraktar pilotsuz helikopter sistemləri sahəsində araşdırmalar aparıb.

2006-cı ildə MIT-də ikinci magistr dərəcəsini alıb. 2003-cü ildə Baykar daxilində başlayan milli və orijinal pilotsuz hava vasitələri texnologiyalarının inkişafı fəaliyyətlərini həyata keçirmək üçün MIT-dən sonra Corciya Texnologiya Universitetində davam etdirdiyi doktorantura təhsilini donduraraq 2007-ci ildə Türkiyəyə qayıdıb.Səlcuq Bayraktar 2007-ci ildən bəri “Baykar”da texnologiya sahəsində işləyir.
(teleqraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA