SON DƏQİQƏ! Azərbaycanda yeni virus yayılıb - HƏKİM XƏBƏRDARLIQ ETDİ

SON DƏQİQƏ! Azərbaycanda yeni virus yayılıb - HƏKİM XƏBƏRDARLIQ ETDİ

“Son günlər uşaqlar arasında yayılan virus adi qrip - “influenza” virusunun A və ya B ştamıdır”.

TTVXEBER.COM xəbər verir ki, bunu “Report”a açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.

Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, “influenza”nın A və ya B ştamları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.

V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: “Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur”.

Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: “Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yolxumaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA