SON DƏQİQƏ: Ermənistan bu əraziləri AZƏRBAYCANA QAYTARACAQ - Korotçenko

SON DƏQİQƏ: Ermənistan bu əraziləri AZƏRBAYCANA QAYTARACAQ - Korotçenko


Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.

TTVXEBER.COM xəbər verir ki, bu fikirləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”, – deyə həmsöhbətimiz qeyd edib.
(axar.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA