SON DƏQİQƏ: ERMƏNİSTAN PREZİDENTİ İSTEFA VERDİ - Çox düşündüm...

SON DƏQİQƏ: ERMƏNİSTAN PREZİDENTİ İSTEFA VERDİ - Çox düşündüm...


Ermənistan prezidenti Armen Sarkisyan istefaya getdiyini bildirib.

TTVXEBER.COM xəbər verir ki, bu barədə onun rəsmi saytı məlumat yayıb.

Armen Sarkisyan bəyan edib ki, onun Ermənistan prezidenti postundan getməsi daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.

“Mən çox uzun müddət düşündüm və demək olar ki, dörd illik fəal işimdən sonra Ermənistan prezidenti postundan istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil və müəyyən mənti düşüncələrdən irəli gəlir... Dövlətimiz üçün çətin, milli birliyin lazım olduğu bu dövrdə prezident institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmalıdır. Bu gün bizə hər zamankından daha çox mənalı, mötəbər, yaxşı düşünülmüş bir fəaliyyət lazımdır. Əks halda biz - bütün dünya erməniləri öz missiyamızın məqsədinə çatmayacaq, özümüzü tarixin bir küncündə görəcəyik. Artıq səhv etmək ixtiyarımız yoxdur”, - deyə Sarkisyan bəyanatında qeyd edib.

Mənbə: “İnterfaks


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA