Sülh müqaviləsi imzalanmazsa, Türkiyə... - Şərh

Sülh müqaviləsi imzalanmazsa, Türkiyə... - Şərh


“Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Cahit Bağcının açıqlamasından belə bir qənaətə gəlmək olar ki, hal hazırda Ermənistan-Türkiyə müzakirələri zamanı quru sərhədlərinin açılması danışıqlar predmeti deyil. Sadəcə olaraq yaxınlaşmanın, xoş münasibətlərin qurulması üçün konkret nümayəndələr müəyyənləşdirilib və bu nümayəndələrin görüşləri baş tutub”.

TTVXEBER.COM xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, heç bir ön şərt olmadan münasibətlərin qurulmasına müsbət yanaşılır: “Bildiyiniz kimi Türkiyə bu məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır və Azərbaycan da Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına müsbət baxır. Burada Türkiyənin müəyyənləşdirdiyi konkret mövqeyi var. Bu da Ermənistan-Azərbaycan münasibətlərindəki stabilləşmə əsas şərtdir. Əgər Türkiyə görsə ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanır, sərhədlərin delimitasiyası və demarkasiyası baş tutur ondan sonra digər yaxınlaşmalara isti baxacaq”.

N.Həmzəyev vurğulayıb ki, hazırda Ermənistan müəyyən dərəcədə manipulyasiya etməklə vaxt qazanmaq istəyir: “Nəticə etibarilə iki ölkə arasında sülh müqaviləsi imzalanmayacağı təqdirdə, Türkiyə-Ermənistan münasibətlərindən ümumilikdə danışmağa dəyməz. Bütün bunlarla yanaşı, sonrakı mərhələdə Ermənistan mütləq Türkiyəyə qarşı ərazi və uydurma "soyqırımı" iddialarından əl çəkməli, öz konstitusiyasında mütləq dəyişikliklər etməlidir. Bütün bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə, yaxınlaşmalar mümkün olacaq. Əks təqdirdə, Türkiyə hansısa iqtisadi və digər münasibətlərin qurulmasına müsbət yanaşmayacaqdır”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA