TƏCİLİ: İsrail və Rusiya liderləri Türkiyəyə gəlir - ƏRDOĞAN KABİNETİ TOPLAYIR

TƏCİLİ: İsrail və Rusiya liderləri Türkiyəyə gəlir - ƏRDOĞAN KABİNETİ TOPLAYIR


Türkiyə prezidentinin kabineti bu gün toplanacaq.

TTVXEBER.COM xəbər verir ki, iclasda Rusiya-Ukrayna gərginliyi gündəmin əsas mövzularından biri olacaq.

Kabinetin əsas gündəm mövzuları Rusiya-Ukrayna gərginliyində son durum, Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri, Rusiya lideri Vladimir Putinlə görüşə hazırlıq və Şərqi Aralıq dənizindəki proseslər olacaq.

Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Rusiya-Ukrayna gərginliyindəki son vəziyyət müzakirə olunacaq. Türkiyə liderinin fevralın 3-də Ukraynaya səfərinə baxılacaq. Regionda gərginliyin azaldılması istiqamətində aparılan diplomatik işlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq.

Gərginliyin qarşı tərəfi olan Rusiya ilə danışıqlar da gündəmdə olacaq. Prezident Ərdoğanın Türkiyəyə dəvətini qəbul edən Putinin səfərinə hazırlıq müzakirə ediləcək.

Təbii qaz mövzusunda bölgədə yarana biləcək yeni ittifaqlar qiymətləndiriləcək. Bu çərçivədə İsrail Prezidenti Hersoqun Türkiyəyə səfərinə də baxılacaq.
(telegraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA