TƏCİLİ XƏBƏR: Təhsil Nazirliyi adından vətəndaşlara ŞOK MESAJ GÖNDƏRİLİR: Əgər uşağınız... - RƏSMİ - FOTO

TƏCİLİ XƏBƏR: Təhsil Nazirliyi adından vətəndaşlara ŞOK MESAJ GÖNDƏRİLİR: Əgər uşağınız... - RƏSMİ - FOTO


Son günlər Bakı şəhər məktəblərində təhsil alan şagirdlərin valideynlərinin telefonlarına həyəcanlandırıcı ismarışlar göndərilir. Valideynlər də onlara göndərilən həmin mesajları bir-birlərinə ötürürlər.

TTVXEBER.COM xəbər verir ki, publika.az-ın redaksiyasına müraciət edən valideynlər mesajdakı mətnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını soruşurlar. Gəlin, əvvəlcə valideynlərə göndərilən mesajın mətni ilə tanış olaq:

“Təhsil Nazirliyi yaxın günlərdə Bakı şəhərində yerləşən bütün məktəblərin direktorlarını nazirliyə çağırıb toplantı keçirə bilər. Direktorlara bir çox səlahiyyətlər veriləcək. Şagirdlərin yol verdiyi hərəkətlərə görə qeydiyyat açılacaq. Şagird 3 dəfə xəbərdarlıqdan sonra yenidən belə davranışlar edərsə, imtahanlardan “2” alacaq. İmtahanlara və dərslərə buraxılmayacaq. Valideynləri isə hüquq-mühafizə orqanları tərəfindən cərimə və məsuliyyətə cəlb olunacaq. Hətta həmin şagird 9-11-ci sinifdirsə, buraxılış imtahanlarından xaric olunacaq”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışdıq.

Nazirliyin sözçüsü Cəsarət Valehov mətnlə tanış olduqdan sonra bildirdi ki, nazirlik bu cür xəbərləri ciddiyə almır: “Hazırda informasiya zəmanəsidir. Hamı istədiyi xəbəri hər yerə ötürə bilər. Bizdən belə bir xəbər getməyib. Bu cür xəbərin nə mənası var?! Valideynlərə bu cür mesajların kimin göndərməsi haqqında məlumatım yoxdur. Bunu valideynlərə göndərən adamdan soruşmaq lazımdır. Gündə ən azı bu cür 10-15 xəbər, “feyk nyus”lar çıxır. Əgər Təhsil Nazirliyi bu cür “feyk nyus”ların hər biri ilə hər gün məşğul olsa, o zaman gərək bütün işlərini bir kənara qoysun və bu kimi məsələlərlə məşğul olsun. Bu, kiminsə “özfəaliyyəti”dir”.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA