Nazarbayevin ömürlük səlahiyyətini öz üzərinə götürdü - VİDEO

Nazarbayevin ömürlük səlahiyyətini öz üzərinə götürdü - VİDEO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

O, müraciətində paytaxtda, xalqla birlikdə qalacağını bildirib. Qazaxıstan prezidenti həmçinin bu gündən etibarən Təhlükəsizlik Şurasına sədrlik edəcək.

“Dövlət başçısı kimi və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri kimi mümkün qədər sərt davranmaq niyyətindəyəm”, - deyə Qazaxıstan başçısı Kasım-Jomart Tokayev xalqa müraciətində bəyan edib.

Onun sözlərinə görə, bu, özlərinin və ailələrinin həyatını qorumaq üçün mənə çoxsaylı müraciətlər edən vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir. Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək.

Ölkə başçısı həmçinin nə baş verməsindən asılı olmayaraq, paytaxtda qalacağını açıqlayıb.

“Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Bundan güclü çıxacağıq”, - deyə o bildirib.

Kasım-Jomart Tokayev həmçinin etirazlarla bağlı bildirib ki, yaxın vaxtlarda yeni təkliflər paketi açıqlanacaq.

Qeyd edək ki, buna qədər Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri idi.



SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA