"Toppuş bacı"nın son halı - VİDEO

"Toppuş bacı"nın son halı - VİDEO


Əməkdar artist Tünzalə Əliyeva yeni görüntüsünü sosial şəbəkədə yayıb.

TTVXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın kimyaterapiyalardan sonra saçı tökülüb.

İnstaqramda canlı yayım açaraq izləyiciləri ilə söhbətləşən "Toppuş bacı" hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA