“Ukraynadakı təhlükəli oyun baş tutmadı, hədəf bu idi...”– ŞOK İDDİA

“Ukraynadakı təhlükəli oyun baş tutmadı, hədəf bu idi...”– ŞOK İDDİA


CNN Türk-də Ukraynadakı hadisələrin müzakirə edildiyi proqrama qatılan Türkiyənin təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ ABŞ və Rusiya ilə bağlı ilginc açıqlamalar verib.

TTVXEBER.COM xəbər verir ki, Başbuğ artıq Ukrayna rəhbərliyinin Amerikanın hiyləsini anladığını iddia edib.

“Ukraynanın oyanma prosesindən keçirik. Artıq Ukrayna ABŞ-ın bu işdə ondan istifadə etdiyini, gərginliyin mərkəzinə çevirdiyini və onu yem kimi qabağa atdığını görməyə başlayıb. Ukraynanın burada görə biləcəyi yeganə iş problemi bir vasitəçi ölkəylə masada həll etməyə çalışmaqdır”, - mütəxəssis qeyd edib.

Ukrayna Prezidenti Zelenskinin “Ağ Evin mövqeyi kəskinləşir, Avropa Birliyi özünü düşünür, siz bu cür çıxışlarla Ukrayna iqtisadiyyatını məhv edirsiniz” dediyini xatırladan Başbuğ söyləyib:

“ABŞ-ın Ukraynadakı hədəfi Rusiyanı yanlış yola yönəltməkdir. Kim birinci tətiyi çəksə, bu səhv ona baha başa gələcək. ABŞ bunu çox yaxşı bilir. Ona görə də davamlı olaraq tarix verərək Rusiyanı təxribata çəkərək, “rus təhlükəsi” yaratmağa çalışır”.

Başbuğ ABŞ-ın Ukraynada istədiyini ala bilmədiyini deyib.
(telegraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA