Ukraynanın Donbasa hücum təhlükəsi çox yüksəkdir - Peskov

Ukraynanın Donbasa hücum təhlükəsi çox yüksəkdir - Peskov


Ukraynanın Donbasa silahlı hücum təhlükəsi indi çox yüksəkdir.

TTVXEBER.COM xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukrayna hakimiyyəti özünü elan etmiş respublikalarla təmas xəttində – sərhəddə çox sayda qüvvə və vasitə cəmləşdirir, bu cəmləşmənin xarakteri doğrudan da hücum hərəkətlərinə hazırlıqdan xəbər verir və həqiqətən də indi belə bir təhlükə mövcuddur”, - deyə D.Peskov bildirib.

Onun sözlərinə görə, Qərbin Ukraynaya silah tədarükü bir daha Kiyevdəki qaynar başları bu əməliyyata başlamağa ilhamlandırır”, hərbi təxribat təhlükəsi isə artır.
(telegram.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA