Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülər yanvarın 16-da Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat başlanılıb. İnsidentin iştirakçısı olan uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA