Tacikistan-Qırğızıstan sərhədində 17 ölü, 16 yaralı var - Sərhədə yaxın kəndlər boşaldılır - VİDEO

Tacikistan-Qırğızıstan sərhədində 17 ölü, 16 yaralı var - Sərhədə yaxın kəndlər boşaldılır - VİDEO

Sərhəddəki atışmadan sonra Tacikistanın 11, Qırğızıstanın isə 5 yaralı əsgəri var. Ölənlərin sayı 17-yə çatıb.

TTVXEBER.COM “Sputnik_Kyrgyzstan”-a istinadla xəbər verir ki, Tacikistan hərbi texnika və hərbi hissələrini sərhədə çəkir.

Məlumata görə, Tacikistan və Qırğızıstan sərhədində baş verən qarşıdurmalarda hər iki tərəfdən ölənlərin sayı 17-yə çatıb, onlardan 11-i Tacikistan hərbçiləridir.

Tacikistanın İsfara şəhər merinin digər dövlət qulluqçuları ilə sərhəddə münaqişə yerinə gedən köməkçisi güllə yarası alıb.

Tacikistanla həmsərhəd Qırğızıstan kəndlərinin sakinləri təxliyə olunur.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA