Xəstələrin karantin müddəti niyə 1 həftə oldu? - AÇIQLAMA

Xəstələrin karantin müddəti niyə 1 həftə oldu? - AÇIQLAMA


“İnsan orqanizmi “COVID-19”a yoluxduğu zaman onun gedişatı, ağırlaşmaları daha çox olurdu və ona görə də xəstə bəzən xəstəxanada yatıb çıxsa da ağciyərlərində ağırlaşmalar baş verə bilirdi”.

TTVXEBER.COM xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında kardioloq, tibb elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Tofiq Cahangirov deyib.

Həkim qeyd edib ki, xəstənin “COVID-19” virusundan tam sağalması və fiziki olaraq özünü tam şəkildə bərpa etməsi üçün 14 günlük karantin müddətinə ehtiyac var idi: “Həqiqətən də göstərilir ki, asimptomatik forma olan xəstələrə stabilləşmə üçün 14 gün mütləq lazım idi”.

T.Cahangirov vurğulayıb ki, amma "Omikron" ştamına yoluxma daha sürətlə yayılsa da, verə biləcəyi ağırlaşmalar "COVID-19"la müqayisədə azdır: “Ona görə də "Omikron"dan sağalmaq üçün xəstələrə 1 həftə kifayət edir. Nəzərinizə çatdırım ki, dünyada "Omikron" ştammına qrip infeksiyası gözündə baxılır. Yəni, ona yanaşma, onun müalicəsi və o cümlədən karantin müddətinə. Bir sözlə xəstəliyin verə biləcəyin zərərin “COVID-19”dan daha az olması nöqteyi-nəzərindən karantin müddəti 1 həftə nəzərdə tutulur”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA