AĞSU SAKİNİ ÖZÜNÜ ASIB

AĞSU SAKİNİ ÖZÜNÜ ASIB


Ağsu rayonunda intihar hadisəsi baş verib.

TTVXEBER.COM-un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Ağsu şəhərinin Natavan küçəsindəki 67 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Siyavuş Vəzir oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

S.Qurbanovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Ağsu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA