Aİ-92 benzini gömrük rüsumundan AZAD OLUNDU: Bu gündən...

Aİ-92 benzini gömrük rüsumundan AZAD OLUNDU: Bu gündən...


Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunur.

TTVXEBER.COM xəbər verir ki, bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Qərar iyunun 1-dək qüvvədə qalacaq.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA