Bakıda parkın ortasında üstüaçıq dərin quyu tapılıb - FOTOLAR

Bakıda parkın ortasında üstüaçıq dərin quyu tapılıb - FOTOLAR


Bakıda, zooparkın yanında yerləşən Dədə Qorqud parkında üstü açılmış dərin quyu aşkar edilib.

Bu barədə şəhər sakinlərindən biri sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, dəlik içərisinə asanlıqla bir uşağın düşə biləcəyi qədər genişdir. Paylaşımın müəllifi, həmçinin sözügedən dəliyin fotosunu da yerləşdirib.

“Dəlik bir neçə metr dərinliyə malikdir. İçərisində su var. Görünür, bu, yeraltı su anbarıdır. Havalandırma başlığı, ehtimal ki, çoxdan götürülüb”, - yazaraq sosial şəbəkə istifadəçisi qeyd edib.





SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA