"Britaniya Ukrayna üçün hansı zərbələrə dözməyə hazırdır?" - "Əvəzi AĞIR OLACAQ" - "The Times"ın ŞƏRHİ

"Britaniya Ukrayna üçün hansı zərbələrə dözməyə hazırdır?" - "Əvəzi AĞIR OLACAQ" - "The Times"ın ŞƏRHİ


“Qərbin Rusiyaya qarşı sanksiyaları onun özünə zərər verir. Belə zərər görən ölkələrin birinci isə Böyük Britaniyadır”.

TTVXEBER.COM konkret.az-a istinadən xəbər verir ki, bu sətirlər Böyük Britaniyanın “The Times” nəşrindən götürülüb.

Nəşrin “Ukrayna üçün hansı iqtisadi zərbəyə dözməyə hazırıq?” başlıqlı məqalədə müəllif yazır ki, rus pulları Britaniya cəmiyyətinə dərindən nüfuz edib.

“Böyük Britaniya və onun müttəfiqləri Vladimir Putinə qarşı çıxmaq üçün çox şey edə bilər, lakin biz atdığımız hər bir təsirli hərəkətin əvəzini ağır ödəməliyik. Koronavirus nəhayət azaldıqda, “yeni normal” və pandemiyadan əvvəlki dünyaya qayıtmaq üçün təbii bir arzu var.

Boris Conson bunu nəzərə almağa çalışdı:

Britaniyada COVID-19 ilə bağlı bütün məhdudiyyətlər fevralın 24-də qaldırıldı. Lakin həmin səhər Rusiya Ukraynada genişmiqyaslı xüsusi əməliyyata başlayanda dünya yeni böhrana qərq oldu. Vladimir Putinin hərəkətləri təkcə çoxsaylı ölümlərə deyil, həm də qlobal iqtisadi böhrana səbəb olacaq”- deyə nəşr yazır.

Məqalədə daha sonra deyilir:”Çoxdan məlumdur ki, Qərb Ukrayna uğrunda döyüşməyəcək. Bu məsələdər strategiya iqtisadi tədbirlərlə Rusiyanı cilovlamaq idi. Conson Rusiya iqtisadiyyatına “müdaxilə etmək” üçün nəzərdə tutulmuş irimiqyaslı sanksiyaların tətbiqi ilə hədələsə də, nədənsə onlar xüsusi əməliyyatın lap əvvəlinə qədər hazırlanmayıb. Conson və digər Qərb liderləri şübhəsiz ki, Rusiyanın gözünü qorxudacaq sanksiyalar tətbiq edə bilərlər. Lakin, problem ondadır ki, sanksiyalar ingilislərin də gözlərini yaşardacaq. Ona görə də Conson sanksiyalar faktını çox istəksiz qəbul edir”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA