DƏHŞƏTLİ HADİSƏ: AZƏRBAYCANDA BACI-QARDAŞ AMANSIZCASINA QƏTLƏ YETİRİLDİ

DƏHŞƏTLİ HADİSƏ: AZƏRBAYCANDA BACI-QARDAŞ AMANSIZCASINA QƏTLƏ YETİRİLDİ


Goranboy rayonunda iki nəfər qətlə yetirilib.

TTVXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

Faktla bağlı cinayət i başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA