Jirinovskidən ŞOK TƏKLİF: “Dollar qadağan olunsun, Avropaya qaz verilməsin”

Jirinovskidən ŞOK TƏKLİF: “Dollar qadağan olunsun, Avropaya qaz verilməsin”


Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Rusiyada dolların dövriyyəsinin qadağan edilməsinə və Avropaya qaz tədarükünü dayandırmağa çağırıb.

TTVXEBER.COM publika.az-a istinadən xəbər verir ki, Jirinovski bu barədə “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.

RLDP lideri dolları çirkli adlandırıb: “Dollarınızı götürün! Sizin dollarlarınız bizə lazım deyil! Bu çirklərə əlimizlə də toxunmayacağıq. Bunu edəcəklər? Yox. Dollara inam kəskin şəkildə azalacaq”.

Onun sözlərinə görə, bu valyutadan imtina mühüm və qəti anti-Qərb addım olacaq. Partiya lideri həmçinin Rusiya qazının Avropaya nəqlini dayandırmağa çağırıb. O bildirib ki, Avropa İttifaqı ölkələrinin sakinləri “donub üsyan etsinlər”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA