Pentaqondan KRİTİK AÇIQLAMA: Amerika əsgərləri Ukraynada...

Pentaqondan KRİTİK AÇIQLAMA: Amerika əsgərləri Ukraynada...


Rusiya Ukraynaya hücum
edərsə, Amerika hərbi qulluqçuları bu ölkədə vuruşmayacaqlar.

TTVXEBER.COM xəbər verir ki, bu bəyanatla bazar günü Pentaqonun mətbuat katibi Con Kirbi MSNBC kanalının efirində çıxış edib.

“Prezident Co Bayden aydın şəkildə bildirib ki, Amerika hərbi qulluqçuları Ukraynada vuruşmayacaqlar”, - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının, hətta Amerika vətəndaşlarının Ukraynadan təxliyəsində də istifadə olunmayacaq, bu, vəziyyəti “yeni səviyyəyə” gətirib çıxara bilər. Amerikalılar ölkəni hərbçilərin köməyi olmadan sərbəst tərk edə bilərlər. Bunun üçün infrastruktur, nəqliyyat və Ukraynadan gedən yollar var.

Con Kirbi, həmçinin qeyd edib ki, Ukrayna ətrafında münaqişəni aradan qaldırmaq imkanları hələ tükənməyib, lakin vaxt getdikcə azalır.
(publika.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA