"Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı dəyişdirilməlidir, ƏKS HALDA..."

"Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı dəyişdirilməlidir, ƏKS HALDA..."


İlk olaraq ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları özlərinin məsuliyyət bölgəsində maşınlarımızın, xüsusilə də hərbi maşınlarımızın yoxlanılması prosesinə separatçıların “polis”lərini cəlb etdilər, etirazlardan sonra isə bunun təkrarlanmayacağının təminatını verdilər. Dünən isə sülhməramlıların arxasında gizlənən separatçıların tör-töküntüləri Tərtərin Qapanlı kəndini atəşə tutublar. Bu, məsuliyyətsizlik və qanunlarımıza, həm də rus sülhməramlılarının öz dövlətlərinə etdikləri hörmətsizlikdir. Çünki 10 noyabr bəyanatındakı üç imzadan biri Rusiyanındır.

TTVXEBER.COM xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertə görə, sülhməramlıların hərəkətinə cavab verilməlidir:

“Sülhməramlıların öz vəzifələrini doğru şəkildə yerinə yetirməməsi birmənalı şəkildə Azərbaycan tərəfini qıcıqlandırmaq və separatçıların hələ də Qarabağda söz sahibi olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Düşünürəm ki, onlar bu məsələ ilə bağlı rəsmi şəkildə üzr istəməlidirlər, məsuliyyətsizliklərinə görə sülhməramlıların komandanlığı dəyişdirilməlidir. Biz belə hallarla dəfələrlə rastlaşmışıq və heç kim də təxribatların yenə təkrarlanmayacağına təminat verə bilməz. Törədilən təxribatlar gələcəkdəki mümkün və daha qanlı təxribatların da siqnalını verir”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA