Qazaxıstanda yenidən mitinqlər başladı - VİDEO

Qazaxıstanda yenidən mitinqlər başladı - VİDEO


Almatının Respublika meydanında yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş razılaşdırılmamış mitinq keçirilib.

Tədbir təxminən üç saat davam edib və insidentsiz başa çatıb.

Mitinq iştirakçıları çıxışlarında yanvar hadisələrinin şəffaf araşdırılmasına çağırıb, məhbuslara işgəncələrə son qoyulmasını, günahsız vətəndaşların istintaq təcridxanalarından azad edilməsini tələb ediblər.

Mitinq hakimiyyətlə razılaşdırılmasa da, polis hadisəyə müdaxilə etməyib.

Qeyd edək ki, yanvarın əvvəlində Qazaxıstanda kütləvi etiraz aksiyaları nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla, 225 nəfər həlak olub.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA