ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI: “2 körpə valideynlərini oynamağa səsləyirdi...”

ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI: “2 körpə valideynlərini oynamağa səsləyirdi...”


Rusiyanın Rostov vilayətində gənc ər-arvad yaşadıqları mənzillərində qohumları tərəfindən ölü tapılıb.

TTVXEBER.COM Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, cütlüyün 2 və 3 yaşlarında olan qızları meyitlərin yanında olublar.

Onların ölümündən, təxminən bir sutka sonra qızın anası övladlarına baş çəkmək üçün Şoloxov prospekti, 30 ünvanına gəlib. Mənzilə daxil olanda qızının və ərinin mətbəxdə yerə uzandığının şahidi olub: “Azyaşlılar valideynlərini oynamağa çağırırdı, nə baş verdiyini başa düşmürdülər”.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, cütlüyün üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb və ölümün səbəbləri də aydın deyil.
(lent.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA