Ronaldo daha bir ilkə imza atdı

Ronaldo daha bir ilkə imza atdı


İngiltərənin “Mançester Yunaytedfutbol komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo instaqram sosial şəbəkəsində 400 milyon izləyici sayına çatan ilk şəxs olub.

TTVXEBER.COM xəbər verir ki, əvvəllər sosial şəbəkənin heç bir istifadəçisində belə göstəricilər olmayıb.

Model Kayli Cenner (308 milyon) və PSJ-nin hücumçusu Lionel Messi (306 milyon) da instaqramda ən çox izlənən insanlar arasındadır.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir və 15 milyon avroya "Yuventus"a keçib. Kriştianunun komanda ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. Ronaldo bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının qrup mərhələsində 5 matçda 6 qol vurub.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA