SON DƏQİQƏ: Simonyan prezident oldu, Paşinyan... – İrəvanda nə baş verir?

SON DƏQİQƏ: Simonyan prezident oldu, Paşinyan... – İrəvanda nə baş verir?


Ermənistan
parlamentinin sədri Alen Simonyan prezident Armen Sarkisyanın səlahiyyətlərinin başa çatması haqda protokolu imzalayıb.

TTVXEBER.COM xəbər verir ki, Ermənistan konstitusiyasına əsasən prezident səlahiyyətlərini müvəqqəti olaraq parlament sədri icra edəcək. Alen Simonyan artıq prezident səlahiyyətlərinin icrasına başlayıb. Parlamentə sədrlik isə müvəqqəti olaraq vitse-spiker Akop Arşakyana keçib. Parlament 25-35 gün ərzində yeni prezidenti seçməlidir.

Armen Sarkisyanın gedişindən sonra baş nazir Nikol Paşinyan ölkədə hakimiyyəti tamamilə ələ almış şəxs hesab edilir. Keçmiş prezident geniş səlahiyyətlərə malik olmasa da, bir çox məsələdə baş nazirə problem yaradırdı. Paşinyan özünə yaxın fiquru prezident seçərək, bu postun da faktiki idarəçisinə çevriləcək.
(publika.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA